Tuesday, July 26, 2005


Astara

Azərbaycan dirəniş simvolu hesab olunan Savalan dağıda bu əyaltdə yerləşir, Şərqi Azərbaycanın Sarab və Ərdəbil əyalətinin Xiyao və Ərdəbil şəhərlərini ortasında yerləşən Savalan Xıdır İlyas peyğəmbərin qeybə çəkildiyi yer kimi və Cənubi Azərbaycanın ərazisinin böyük bir sahəsini su ilə təmin edən su xəzinəsi kimi əhalının müqəddəs saydığı ziyarətgahdır...

Ərdəbil əyaləti - Azərbaycandan - qoparılıb Gilan əyalətinin tabeçiliyinə verilmiş Astara şəhəri;
300 000 kv.km ərazisi olan Cənubi Azərbaycan 1925-ci ildə Pəhləvi İranının tərkibinə daxil edildikdən sonra ərazi islahatı nəticəsində 6 əyalətə bölünüb bu necə deyərlər islahatın nəticəsində isə Azərbaycanın Həmədan və Qəzvin kimi bəzi şəhərlərində əhalının tərkibi də dəyişdirilib və kütəvi koçurmələr nəticəsində bu şəhərlərdə qeyri -Azərbaycanlıların nisbəti 37-40 faizə çatdırılıb. Şərqi Azərbaycan ,Qərbi Azərbaycan ,Zəngan və Ərdəbil əyalətlərində isə əhalının tərkibini dəyişdirmək mümkün olmayıb.

Bu əyalətlərin şəhər və kəndlərində qeyri-Azərbaycanlıların nisbəti demək olar ki, yox səviyyəsindədir. Ərdəbil əyaləti Cənubi Azərbaycanın 5-ci əyaləti sayılır 1993-ci ildə Azərbaycanlı millət vəkillərinin etirazlarına baxmayaraq əksəriyyəti qeyri -Azərbaycanlılardan ibarət olan İran parlamentinin qərari ilə Şərqi Azərbaycanın tabeçilindən çıxarılaraq müstəqil əyalət statusu ilə təmin olunub, bu əyalətin mərkəzi Azərbaycanın məğrur şəhəri Azərbaycanımıza Şah İsmail Xətai kimi böyük sərkərdələr bəxş etmiş və hər zaman Azərbaycan dövlətlərinin arxasında möhkəm dayanmış ərdəbil şəhəridir.

Onuda qeyd edək ki, Ərdəbilin əyalət statusu ilə təmin olunması məsələsi ilə bağlı İran parlamentində aparılan müzakirələrdə hökümət nümayəndələri güya Ərdəbillilərin hüquqlarının Şərqi Azərbaycan əyalətinin valiliyi tərəfindən pozulduğunu, Ərdəbil şəhərinin büdcəsinin güya Təbriz tərəfindən mənimsənildiyini, Ərdəbilin inkişafının qarşısının güya Təbriz tərəfindən alındığının əsas gətirərək Ərdəbilin Şərqi Azərbaycan əyalətindən qoparılıb müstəqil əyalət statusu ilə təmin olunmasına bəraət qazandıran dön geyindirməyə çalışır Ərdəbillə Təbriz arasında qarşıdurma törətməyə , qanı bir canı bir olan eyni millətin nümayəndələrini bir-birinin düşməninə çevirməyədə cəhd edirdilər. Ərdəbilin Əyalət olaraq Şərqi Azərbaycandan qoparılması mükün olsada mərkəzi hökümətin hazırladığı Ərdəbillə Təbrizi biri- birinə qarşı qoymaq planı gerçəkləşmədi , ictimaiyət nümayəndələri belə vəziyyətin yaranmasına imkan vermədilər.

Amma 1993-cü ilə qədər Azərbaycanın tərkibində olan Astara şəhəri Ərdəbil əyalətinə deyil Gilan əyalətinə birləşdirildi. Ərdəbiləyaləti, Ərdəbil, Biləsuvar, Parsaabad, Germi, Xalxal, Xiyov, Muğan, Nəmin, Nir, Səreyn və hüquqi baxımdan tabeçiliyində olmayan Astara şəhərlərindən ibarətdir ,bundan başqa bu əyalətin tabeçiliyinə 21 bölgə 63 qəsəbə və 2221 kənd daxildir.Ərdəbil, Cənubi Azərbaycanın şimal düzənliyində yerləşir, o şimaldan Qüzey Azərbaycan ,cənubdan Zəngan əyaləti,şərqdən İranın Gilan əyaləti və qərbdən Şərqi Azərbaycan əyaləti ilə həmsərhəddir Ərdəbil əyaləti (282,5 Km) uzunluğunda Azərbaycan Cumhuriyyəti ilə həmsərhəddir. Ərdəbil əyalətində 2 milyona yaxın əhali yaşayır,Əyalətin ümumi sahəsi 17987 kv,km-dir. Ərdəbil əyalətinin tabeçiliyində olan Mil-Müğan düzənliyi kənd təsərrüfatı məhsullarının istehsalı baxımından nəinki Ərdəbilin həmdə ümumiyyətlə İranın ən əhəmiyyətli mərkəzlərindəndir bu torpaqlar iranda ən məhsuldar torpaqlardır Ərdəbil Cənubi Azərbaycan və İranın əsas meyvə, Taxıl və ət məhsulları ehtiyaclarını təmin edir.

Azərbaycan dirəniş simvolu hesab olunan Savalan dağıda bu əyaltdə yerləşir, Şərqi Azərbaycanın Sarab və Ərdəbil əyalətinin Xiyao və Ərdəbil şəhərlərini ortasında yerləşən Savalan Xıdır İlyas peyğəmbərin qeybə çəkildiyi yer kimi və Cənubi Azərbaycanın ərazisinin böyük bir sahəsini su ilə təmin edən su xəzinəsi kimi əhalının müqəddəs saydığı ziyarətgahdır. Ərdəbirlin Səreyn Turist məntəqəsi isə Cənubi Azərbaycanin ən məşhur istirahət mərkəzlərindəndir. Əhali tərkibi baxımından Ərdəbil əyalətində ünivnrsitetlərdə müvəqqəti təhsil alan azsaylı tələbələrdən və ərdəbil əyalətinin ordu hissələrində hərbi qulluq dövrünü keçirən bir neçə yüz əsgərdən başqa qeyri Azərbaycanlı yaşamır Ərdəbil əyalətində Azərbaycanlıların nisbəti 100 faizdir.

Azərbaycanın Astara şəhəri İranın Gilan əyalətinin tabeçiliyinə verilsə də Cənubi Azərbaycan şəhəri olaraq qalmaqdadır.Azərbaycan parçalandıqdan sonra yarısı otay yarısı bu tayda qalan şəhərlərimizdəndir Astara şəhərinin ərazisi 335 kv.km-dir 96-ci ilin rəsmi məlumatına əsasən bu şəhərdə 64000 əhali yaşayır. Astara şəhri 1 bölgədən Heyran, Ləvəndil və Virmuni adlı 3 qəsəbədən və 71 kənddən ibarətdir.

Xəzərin cənub-qərb sahilində yerləşən Astara şəhəri Azərbaycandan qoparılması ciddi mübahisələrə və Azərbaycanlıların etirazlari ilə qarşılaşsada hökümətin qərarı ilə Gilan əyalətinə birləşdirilib amma əhalisinin tərkibini dəyişdirmək mümkün olmayıb Astara gömrük məntəqisinin qeyri-Azərbaycanlı işçiləri, məmurları və onların ailələrindən başqa bu şəhərdə qeyri -Azərbaycanlı yaşamır Astara coğrafi mövqeinə görə Cənubi Azərbaycanın son dərəcə əlverişli məkanında yerləşir müstəqil Azərbaycan dövləti ilə cənubi Azərbaycanın ən önəmli əlaqə mərkəzidir.

Astara, Azərbaycan torpağı olaraq qalır nə yazıq ki, Gilanın əyalətinin tərkibində!

0 Comments:

Post a Comment

<< Home